Bakı. Trend:
Kolumbiyada kəndliləri daşıyan avtobus dərəyə aşıb.
Trend-in məlumatına görə, bu barədə Boyaka departamentinin polis rəisi Fernando Triana bildirib.
Onun sözlərinə görə, avtobusun 150 metr dərinlikdə dərəyə aşması ntəicəsində 8 nəfər həlak olub. Avtobusda ümumilkdə 19 nəfərin olduğu bildirilir.
Qeyd edilir ki, qəzada ölən sürücünün 80-dan çox yaşı olub. Bununla əlaqədar qəzanın mümkün səbəblərindən biri kimi sürücünün yaş və sağlamlıq səbəbindən səhvə yol verməsi göstərilir.