Bakı. Trend:
Yaponiyanın Hokkaydo adası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:08-də qeydə alınan yeraltı təkanların episentri Obihiro şəhərindən 71 kilometr cənubda, ocağı isə 58,3 kilometr dırinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.