Bakı. Tural Turan - Trend:
2018-ci ilin oktyabr ayında prezident seçkilərində qalib gələn Jair Bolsonaru rəsmi olaraq Braziliya Prezidenti oldu.
Trend-in məlumatına görə, Bolsonaru parlamentin aşağı palatasının xüsusi iclasında and içib.
Qeyd edək ki, Konqress binasına Bolsonaru həyat yoldaşı ilə birlikdə böyük kortejin müşayiəti ilə açıq avtomobildə gəlib.