...

Türkiyə əhalisinin sayı artıb

Dünya xəbərləri Materials 1 Fevral 2019 11:43 (UTC +04:00)
2018-ci ildə Türkiyədə əhalinin sayı 2017-ci il ilə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib.
Türkiyə əhalisinin sayı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2018-ci ildə Türkiyədə əhalinin sayı 2017-ci il ilə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənın Statistika İnstitutu məlumat yayıb.

2018-ci ilin yekun göstəricilərinə əsasən, əhalinin 50,2 faizi kişi, 49,8 faizi qadın olub.

Əhalinin 7,7 faizi kəndlərdə, 92,3 faizi şəhərlərdə yaşayır. Bunlardan 18,4 faizi İstanbulda yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti