Bakı. Trend:
Mərakeşdə H1N1 ("donuz qripi") virusunun yaratdığı ağırlaşmalara görə 11 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, H1N1 virusunun əlamətləri aşkarlanan 15 nəfər isə sağalıb, daha 32 nəfər müalicə alır. Qeyd olunur ki, ölənlər arasında xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və yaşlı insanlar var.