...

Rusiyada qadınlar əsasən bu xəstəliklərdən ölürlər

Dünya xəbərləri Materials 28 Fevral 2019 15:48 (UTC +04:00)
Bədbəxt hadisələr, hücumlar və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı isə 15,8 min nəfər təşkil edir.
Rusiyada qadınlar əsasən bu xəstəliklərdən ölürlər

Bakı. Trend:

Rusiyada əmək qabiliyyətli yaşda olan qadınlar arasında ölüm hallarının əsas səbəbi onkoloji xəstəliklərdir.

Trend-in məlumatına görə, 2017-ci ildə bu xəstəliklərdən yaşı 16-dan 54-dək olan 19,6 min qadın dünyasını dəyişib.

Ölüm hallarının ikinci əsas səbəbi qan dövranı sistemi xəstəlikləridir – bu, 18,9 min rusiyalı qadının həyatına son qoyub.

Bədbəxt hadisələr, hücumlar və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı isə 15,8 min nəfər təşkil edir.

Ümumilikdə 2017-ci ildə Rusiyada 82,6 min əmək qabiliyyətli qadın ölüb.

Kişilərdə isə ölüm hallarına əsas səbəb kimi qan dövranı sistemi xəstəlikləri göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti