...

Ruhani Cavad Zərifə: Sizin istefanız ölkənin mənafeyinə ziddir

Dünya xəbərləri Materials 27 Fevral 2019 12:02 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.
Ruhani Cavad Zərifə: Sizin istefanız ölkənin mənafeyinə ziddir

Bakı. Elnur Bağışov – Trend:

İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Bu barədə Trend İran hökumətinin internet portalına istinadən məlumat verib.

H.Ruhani C.Zərifin istefası ilə əlaqədar məktubunu belə cavablandırıb:

"Cənab Zərif! 25 fevral tarixli istefa məktubunuzu aldım. Siz Xarici İşlər Nazirliyinin layiqli yerinin qorunması və İranın xarici siyasətində ən yüksək səviyyəli rəsmi olaraq mənim tərəfimdən təsdiqlənən şəxssiniz. Sizin durmadan göstərdiyiniz səyləri alqışlayır, sizin istefanızı ölkənin mənafeyinə zidd hesab edir və onu qəbul etmirəm.

Mən hökumət və hətta prezidentə qarşı təzyiqləri tamamilə dərk edirəm. Biz xalqla bağladığımız əhdə sonuna qədər sadiq qalacağıq və bu çətin mərhələdən çıxacağımıza inanıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti