Bakı. Tural Turan - Trend:
Filippin sahillərində 6.0 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri Davao şəhərindən 374 km şimalda, ocağı isə 57 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.