...

Palmirada güclü partlayış baş verib: 8 ölü, 1 yaralı

Dünya xəbərləri Materials 9 Mart 2019 21:49 (UTC +04:00)
Suriyanın Palmira şəhəri yaxınlığında terrorçular tərəfindən qoyulan mina partlayıb
Palmirada güclü partlayış baş verib: 8 ölü, 1 yaralı

Bakı. Trend:

Suriyanın Palmira şəhəri yaxınlığında terrorçular tərəfindən qoyulan mina partlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Arak yaşayış məntəqəsində baş verən partlayış nəticəsində 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Qeyd edilir ki, mina İŞİD terror qruplaşmasını üzvləri tərəfindən qoyulub.

Xatırladaq ki, bu gün Suriyanın Hama əyalətində iki uşaq minaya düşərək həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti