...

Çində torpaq sürüşməsi 2 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 16 Mart 2019 06:41 (UTC +04:00)
Çində baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb.
Çində torpaq sürüşməsi 2 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Çində baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb.

Trend-in məlumatına görə, sürüşmə ölkənin Şansi vilayətində baş verib, hadisə nəticəsində daha 17 nəfər itkin düşüb.

Dağıntılar altında yerli xəstəxana, kredit assosiasiyası binası və kiçik hamam qalıb.

Hazırda 13 nəfərin həyatını xilas etmək mümkün olub. Xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlara 46 yanğınsöndürən maşın, 12 axtarış iti, 26 mütəxəssis və həkimlər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti