Bakı. Trend:
Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.
Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını vermyi təklif edib.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.
Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.