...

İƏT Yeni Zelandiyada baş verən teraktlarla əlaqədar iclas keçirəcək

Dünya xəbərləri Materials 21 Mart 2019 12:36 (UTC +04:00)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Yeni Zelandiyada baş verən terror aktları ilə əlaqədar iclas keçirəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinn məlumatında deyilir.

Məlumatda bildirilir: "Türkiyə İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq martın 15-i Yeni Zelandiyada baş verən terror hücumları ilə əlaqədar fövqəladə toplantı kaçirəcək. Martın 22-si Trükiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirləl səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub".

Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti