Bakı. Trend:
Kanadanın Monreal şəhərində Müqəddəs İosif kilsəsinin keşişinə hücum olub.
Trend-in məlumatına görə, naməlum şəxs keşişə bıçaqla hücum edərək onu yaralayıb.
Hücum edən şəxs mühafizə xidməti tərəfindən saxlanılıb və polisə təhvil verilib.
İlkin tibbi yardım göstərildikdən sonra keşiş xəstəxanaya göndərilib.
Polis araşdırma aparır.