...

Birmingemdə partlamamış bomba aşkar edilib

Dünya xəbərləri Materials 26 Mart 2019 08:43 (UTC +04:00)
Böyük Britaniyanın Birmingem şəhərində (Vest-Midlends qraflığı), "Steçford" ticarət kompleksində partlamamış bomba aşkar edilib
Birmingemdə partlamamış bomba aşkar edilib

Bakı. Trend:

Böyük Britaniyanın Birmingem şəhərində (Vest-Midlends qraflığı), "Steçford" ticarət kompleksində partlamamış bomba aşkar edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Saat 12:15-də "Steçford" ticarət mərkəzinə partlamamış bombanın aşkar edilməsi ilə əlaqədar polislər çağırılıb. Ticarət mərkəzinin ziyarətçiləri və yaxınlıqdakı evlərin sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər. Hadisə yerinə istehkamçılar cəlb edilib".

Yerli KİV-lərin məlumatına əsasən, aşkar edilən bomba İkinci dünya müharibəsi dövrünə aiddir.

Xəbər lenti

Xəbər lenti