...

Kölndə bombaya görə 2 minə yaxın insan təxliyə olunub

Dünya xəbərləri Materials 28 Mart 2019 01:53 (UTC +04:00)
Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.
Kölndə bombaya görə 2 minə yaxın insan təxliyə olunub

Bakı. Tural Turan - Trend:

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb. Trend-in məlumatına görə, buna görə 2 minə yaxın insan təxliyə olunub.

Bildirilir ki, bomba tikinti işləri vaxtı aşkarlanıb. Təhlükəli zonanın radiusu 300 m təşkil edib.

Bombanın bu dəqiqələrdə zərərsizləşdiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti