...

İranda spirtli içkilərdən daha 10 nəfər ölüb, 3 nəfər kor olub

Dünya xəbərləri Materials 28 Mart 2019 15:03 (UTC +04:00)
İranda spirtli içkilərdən daha 10 nəfər ölüb
İranda spirtli içkilərdən daha 10 nəfər ölüb, 3 nəfər kor olub

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda spirtli içkilərdən daha 10 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Təbriz Tibb Elmləri Universiteti rektorunun müavini Höccət Purfəthi deyib.

H.Purfəthinin sözlərinə görə, iki ay ərzində 240 nəfər spirtli içkilərdən zəhərlənmə nəticəsində Təbrizin Sina xəstəxanasına müraciət edib.

Rektor müavini əlavə edib ki, 3 nəfər görmə qabiliyyətini itirib, bir neçə nəfər insult keçirib və reanimasiya şöbəsinə yerləşdirilib.

“Təbrizdə spirtli içkilərdən zəhərlənmə nəticəsində xəstəxanaya müraciət edənlərin vəziyyəti ağırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti