...

Dövlət ödəmələrinin ləngiməsinə əsəbiləşib öz mənzilini yandırdı

Dünya xəbərləri Materials 17 Aprel 2019 08:33 (UTC +04:00)
Cənubi Koreyada öz mənzilini yandıran kişi bıcaqla qonşularına hücum edib.
Dövlət ödəmələrinin ləngiməsinə əsəbiləşib öz mənzilini yandırdı

Bakı. Trend:

Cənubi Koreyada öz mənzilini yandıran kişi bıcaqla qonşularına hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisə Kyonsan-Namdo vilayətinin Çindju şəhərində baş verib. 42 yaşlı kişi mənzilini yandırdıqdan sonra, digər mənzillərdən qaçan qonşularını silahlanaraq ehtiyyat pilləkanda gözləyib.

Daha sonra, hücum törədən şəxs polisdə bildirib ki, o, dövlət ödəmələrinin ləngiməsinə görə əsəbiləşib.

Polisin məlumatına görə, ölənlərin sayı arta bilər, çünki yaralananlardan bir neçəsinin vəziyyəti kritikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti