...

Şimali Makedoniyada prezident seçkilərində səsvermə başlayıb

Dünya xəbərləri Materials 21 Aprel 2019 10:15 (UTC +04:00)
Şimali Makedoniya Respublikasında prezident seçkilərində səsvermə başlayıb
Şimali Makedoniyada prezident seçkilərində səsvermə başlayıb

Bakı. Trend:

Şimali Makedoniya Respublikasında prezident seçkilərində səsvermə başlayıb.

Trend-in məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi fəaliyyətə başlayıb.

Seçkilərdə səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq.

Respublikada səsvermə hüququndan 1,8 milyon vətəndaş istifadə edə biləcək.

Qeyd edək ki, səsvermənin ilkin nəticələri səsvermə bitdikdən sonra, yekun nəticələri isə aprelin 22-si bilinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti