...

CAR-da aramsız yağışlar 70 nəfəri öldürdü

Dünya xəbərləri Materials 25 Aprel 2019 15:29 (UTC +04:00)
Cənubi Afrika Respublikasında (CAR) aramsız yağışlar fəsadlara yol açıb.
CAR-da aramsız yağışlar 70 nəfəri öldürdü

Bakı. Trend:

Cənubi Afrika Respublikasında (CAR) aramsız yağışlar fəsadlara yol açıb. Trend-in məlumatına görə, ölkənin cənubunda Kbazulu-Natal vilayətində yağışların törətdiyi daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Daha 1000 nəfərin isə təbii fəlakət səbəbindən evlərini tərk etdiyi bildirilir.

Güclü yağışların yolları yuduğu, evlərə ziyan vurduğu deyilir. Hazırda həmin ərazilərdə xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti