...

Şri-Lankada atışma baş verdi - üç nəfər həlak oldu

Dünya xəbərləri Materials 27 Aprel 2019 06:58 (UTC +04:00)
Şri-Lankada polis əməkdaşları və milli ordunun əsgərləri naməlum şəxslər tərəfindən atəşə tutulmuşdu
Şri-Lankada atışma baş verdi - üç nəfər həlak oldu

Baklş Trend:

Şri-Lankada 26 aprel tarixində polis əməkdaşları və milli ordunun əsgərləri naməlum şəxslər tərəfindən atəşə tutulmuşdu. Bunun nəticəsində iki hərbçi və bir nəfər dinc sakin həlak olub, daha üç nəfər xəsarət alıblar.

Trend-in məlumatına görə, hadisə gizli emalatxanaların müəyyən edilməsi ilə bağlı keçirilmiş reydlər zamanı baş verib.

Atışma Şri-Lankanın Kalmunay şəhərində olub. Daha sonra həmin şəhərdə üç partlayış qeydə alınıb. Partlayışlarda ölü və yaralananlar haqqında məlumat hələ daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti