...

Maliyyə naziri Avstriya Kanslerinin vəzifəsini müvəqqəti icra edəcək

Dünya xəbərləri Materials 28 May 2019 08:51 (UTC +04:00)
Avstriyanın hazırkı Kansleri Sebastyan Kurts vəzifəsindən azad ediləcək
Maliyyə naziri Avstriya Kanslerinin vəzifəsini müvəqqəti icra edəcək

Bakı. Trend:

Avstriyanın hazırkı Kansleri Sebastyan Kurts vəzifəsindən azad ediləcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Avstriya prezidenti Aleksand van der Bellen deyib.

Onun sözlərinə görə, Avstriya Kanslerinin vəzifəsini ölkənin maliyyə naziri Hartviq Lyöger müvəqqəti icra edəcək.

Qeyd edək ki, Avstriya parlamenti ötən gün S.Kurtsun rəhbərlik etdiyi hökümətə etibar etmədiyini bəyan edib. Hazırkı hökümət ölkə prezidenti qərar verənə qədər hakimiyyətdə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti