...

Tailandda turistlər marixuana tərkibli məhsullar əldə edə biləcək

Dünya xəbərləri Materials 29 May 2019 10:58 (UTC +04:00)
Tailandda turistlər marixuana tərkibli məhsullar əldə edə biləcək
Tailandda turistlər marixuana tərkibli məhsullar əldə edə biləcək

Bakı. Trend:

Tailandın Nazirlər Kabineti ölkədə marixuananın tibbdə istifadəsi ilə əlaqədar yeni qərar qəbul edib.

Trend-in məlumatına görə, qərara əsasən, söhbət tərkibində marixuana olan ənənəvi dərman vasitələrinin formulunun təsdiq edilməsindən gedir.

Yeni qərara əsasən ölkənin Səhiyyə Nazirliyinin nəzarəti altında kannabisinin tibbi, elmi, eləcə də narkotik vasitələrin tədqiqi məqsədilə istifadəsi mümkün olacaq.

Bundan başqa, marixuanadan olan məhsullar həmin məqsədlər üçün də ixrac oluna bilər. Eləcə də ölkədə səfərdə olan turistlər tərəfindən əldə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti