...

Budapeştdə turist gəmisi çevrildi - 33 turist Dunaya düşdü

Dünya xəbərləri Materials 30 May 2019 09:47 (UTC +04:00)

Bakı. Trend:

Budapeştdə Dunay çayında turistləri aparan gəmi qəzaya uğrayıb. Trend-in məlumatına görə, insident nəticəsində azı 7 nəfərin öldüyü bildirilir.

Hadisə iki gəzinti gəmisinin toqquşması nəticəsində baş verib.

Polisin verdiyi məlumata görə, qəza anında gəmidə ümumilikdə Cənubi Koreyadan olan 33 turist və 2 ekipaj üzvü olub.

Hadisədən sonra 7 nəfəri xilas etmək mükün olub. 21 nəfərin taleyi isə hələlik məlum deyil.

Axtarış-xilasetmə işləri hələ aparılır. Havanın yağışlı və soyuq olması axtarışları çətinləşdirir.

Cənubi Koreya hökuməti həlak olanlar arasında vətəndaşlarının olduğunu təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti