Bakı. Trend:
İsrailin Hayfa şəhərinin sahilində dayanan xarici ölkəyə məxsus gəmidə yanğın baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə yerli hərbçilər tərəfindən xəbər verilib.
Məlumatda bildirilir: "İsrail hərbçiləri ötən gecə ölkənin şimalında sahildə dayanan və naməlum şəxslər tərəfindən yandırılan xarici ölkəyə məxsus yük gəmisində vəziyyəti nəzarət altına alıblar. Gəminin göyərtəsinə keçirilən baxışdan sonra gəmidə qeydiyyatdan keçməmiş sərnişin aşkar edilib və polisə təhvil verilib".
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
"Kan" İsrail dövlət telekanalı öz növbəsində bildirib ki, Panama bayrağı altında üzən gəmi İsrailə Türkiyədən gəlib və gəmidə qeydə alınan insident kriminal xarakterlidir.