Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəmən tərəfindən atılan pilotsuz uçuş aparatını vurublar.
Trend-in məlumatına görə, bunu "Al Arabiya" telekanalına ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki deyib.
Onun sözlərinə görə, PUA "Ənsar Allah" hərəkatından (husilər) olan üsyançılar tərəfindən buraxılıb.
Turki əl-Malikinin sözlərinə görə, PUA Yəmənin hava məkanında məhv edilib.