...

Konqo Demokratik Respublikasında yol qəzası baş verib

Dünya xəbərləri Materials 7 İyul 2019 18:27 (UTC +04:00)
Konqo Demokratik Respublikasının (KDR) qərbində sərnişin avtobusu qəzaya uğrayıb
Konqo Demokratik Respublikasında yol qəzası baş verib

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) qərbində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində doqquz nəfər həlak olub, 47 nəfər xəsarət alıb.

Avtobus ölkənin paytaxtı Kinşasa istiqamətində gedirmiş. Həmin vaxtda sərnişin avtobusu üç avtomobillə toqquşub.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün sürət həddinin aşması olub.

Xəsarət alanlar Kikvit şəhərinin xəstəxanasına çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti