...

SON DƏQİQƏ: İranda güclü zəlzələ

Dünya xəbərləri Materials 8 İyul 2019 11:51 (UTC +04:00)

Bakı. Trend:

İranın qərbində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yerli vaxtla səhər saat 07:00-da baş vermiş zəlzələnin episentri Əhvaz şəhərindən 87 kilometr cənub-şərqdə olub.

Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti