İraqda 1 Türkiyə hərbçisi şəhid olub

Dünya xəbərləri Xəbər 20 İyul 2019 12:04 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində bir türk hərbçisi həlak olub.

Trend-in məlumatına görə, həmin əməliyyat zamanı daha 6 türk hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında Xakurk rayonunda xüsusi genişmiqayslı əməliyyatlar başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti