...

Myanmada sürüşmə nəticəsində 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 28 İyul 2019 14:17 (UTC +04:00)
Myanmanın Kaçın ştatında baş verən torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər, o cümlədən bir polis əməkdaşı, həlak olub
Myanmada sürüşmə nəticəsində 14 nəfər həlak olub

Bakı. Trend:

Myanmanın Kaçın ştatında baş verən torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər, o cümlədən bir polis əməkdaşı, həlak olub.

Trend-in məlumatına görə, hadisə nefrit yatağında baş verib.

Məlumata əsasən, daha dörd nəfər itkin düşüb. Onların arasında təhlükəsizlik qüvvələrinin iki əməkdaşı da olub.

Xilasedicilər iki nəfəri dağıntılar altından çıxara biliblər. Həmin şəxslər xəstəxanaya çatırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti