...

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 29 İyul 2019 23:25 (UTC +04:00)
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Mark Esper arasında telefon danışığı olub
Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Mark Esper arasında telefon danışığı olub.

Trend-in Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, H.Akar telefon danışığı zamanı qeyd edib ki, Ankara ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir. Nazir həmçinin vuröulayıb ki, Türkiyə ölkənin cənubunda terror dəhlizinin yaradılmasına imkan verməyəcək.

Suriyanın şimalında yaradılması planlaşdırılan "təhlükəsizlik zonasından" danışan türkiyəli nazir qeyd edib ki, bu zonada lazımi nəzarəti yalnız Türkiyə təmin edə bilər.

H.Akar bildirib ki, PKK/YPG terror təşkilatının "təhlükəsizlik zonasında" olan bütün silahları toplanmalıdır, onların bütün tunelləri və mövqeləri məhv edilməlidir və terror təşkilatının üzvləri bu ərazidən çıxarılmalıdır.

Onun sözlərinə görə, əgər Türkiyə və ABŞ arasında bu məsələ üzrə konsensus əldə olunmazsa, Ankara "təhlükəsizlik zonasını" təkbaşına yaratmaq məcburiyyətində qalacaq.

F-35 proqramı haqqında danışan nazir bildirib ki, Ankara yalnız müştəri deyil, həmçinin beşinci nəsil qırıcı təyyarələrin hazırlanması üzrə proqramın investoru və vacib tərəfdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti