Bakı. Trend:
Kamçatka sahillərində 4,4 bal gücündə ardıcıl iki zəlzələ olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ilk zəlzələnin episentri Palana yaşayış məntəqəsindən 100 kilometr cənub-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələnin episentri Nokilsk kəndindən 95 kilometr cənub-qərbdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar regionun yaşayış məntəqələrində hiss edilməyib. Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.