...

Meksikada həbsxanada baş verən yanğında üç nəfər ölüb

Dünya xəbərləri Materials 16 Avqust 2019 00:53 (UTC +04:00)
Meksikanın paytaxtında İstapalapa bölgəsindəki həbsxanada baş verən yanğın nəticəsində üç nəfər ölüb və yeddi nəfər dəm qazından zəhərlənib
Meksikada həbsxanada baş verən yanğında üç nəfər ölüb

Bakı. Trend:

Meksikanın paytaxtında İstapalapa bölgəsindəki həbsxanada baş verən yanğın nəticəsində üç nəfər ölüb və yeddi nəfər dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, bu barədə "Foro TV" telekanalı bildirib.

Məlumata əsasən, yanğın səhər saatlarında baş verib, nəticədə həbsxana kameralarından biri yanıb.

Faciənin mümkün səbəbləri arasında məhkumlar arasında yaranan mübahisə, həmçinin naqillərdəki problemlər də bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti