...

Türkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 1 Sentyabr 2019 19:31 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər
Türkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr İraqın şimalında yerləşən Metina və Qara rayonlarına endirilib.

Bildirilir ki, hava zərbələri nəticəsində 4 PKK terror qruplaşmasının üzvü zərərsizləşdirilib.

Qeyd edilir ki, bu gün İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 9-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti