...

Təyyarədə sərnişin işə çıxmayan pilotu əvəz etdi

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 08:46 (UTC +04:00)
Mançester-Alikante reysini həyata keçirən "EasyJet" aviaşirkətinə məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib
Təyyarədə sərnişin işə çıxmayan pilotu əvəz etdi

Bakı. Trend:

Mançester-Alikante reysini həyata keçirən "EasyJet" aviaşirkətinə məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib.

Trend-in "Manchester Evening News" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarə bir müddətlik hava limanında saxlanılıb, sərnişinlər isə pilotun işə çıxmadığını yoxlamadan keçdikdən sonra öyrəniblər.

Sərnişinlər arasında tətilə yollanan Maykl Bredli olub. O, gözləməkdən imtina edib və "EasyJet" şirkətinə təyyarənin pilotu olmağı təklif edib. M.Bredli aviaşirkətin administrasiyası ilə əlaqə yaradıb və üzərində pilot vəsiqəsi olduğunu söyləyib. Bir neçə dəqiqədən sonra aviaşirkətin administrasiyası M.Bredliyə pilot vəzifəsini həvalə edib.

"EasyJet"in nümayəndələri M.Bredliyə sərnişinlərin vaxtında Alikanteyə çatdırılmasına görə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti