...

Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 06:17 (UTC +04:00)
Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Bakı. Trend:

Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend-in "The Miami Herald" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Dueyn Sandz bildirib.

Nazir "The Washington Post" qəzetinə bildirib ki, 17 nəfər Abako adalarında, 3 nəfər isə Böyük Baham adasında ölüb.

Məlumata əsasən, axtarış əməliyyatları aparılır. Rəsmi şəxslər hesab edir ki, qasırğanın qurbanlarının sayı artacaq.

Son məlumatlara əsasən, qasırğa nəticəsində təxminən 13 min tikili dağılıb və ya ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti