...

İranda 66 milyonluq qaçaq mal aşkarlanıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2019 16:56 (UTC +04:00)
İran paytaxtında ölkəyə qaçaqmal yolu ilə gətirilmiş 66 milyon dollarlıq məişət əşyası aşkarlanıb.
İranda 66 milyonluq qaçaq mal aşkarlanıb

Bakı. Elnur Bağışov - Trend:

İran paytaxtında ölkəyə qaçaqmal yolu ilə gətirilmiş 66 milyon dollarlıq məişət əşyası aşkarlanıb.

Trend-in məlumatına görə, 10 gün ərzində Tehranın mərkəzi və cənubunda 2,8 trilyon rial (təxminən 66,6 milyon dollar) dəyərində qanunsuz məişət əşyaları və avadanlıqları aparan 95 yük maşını saxlanılıb.

Tehranın polis rəisi Hüseyn Rəhiminin sözlərinə görə, Tehranın mərkəzində 70 ədəd yük maşınından Çin, Cənubi Koreya, Almaniya və İtaliya istehsalı olan qanunsuz məişət avadanlıqları aşkarlanıb.

Polis rəisi bununla əlaqədar 70 nəfərin saxlanıldığını deyib.

Tehranın cənubunda isə 25 yük maşınından 300 milyard rial (təxminən 7,14 milyon dollar) dəyərində qanunsuz məişət avadanlıqları və əşyaları aşkarlanıb.

Bununla əlaqədar isə 5 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti