Bakı. Trend:
İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.
Trend-in məlumatına görə, mükafatlandırma mərasimi İtaliyanın Milan şəhərində keçirilib
Mükafata İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və İngiltərənin "Liverpul" klubunun hollandiyalı müdafiəçisi Virgil van Deyk də namizəd olub.