Bakı. Trend:
Finlandiyanın Kuopio şəhərində peşə məktəbinə qılıncla hücum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qeyd olunur ki, hadisəni törədən məktəbin tələbəsi olub. O, sinifdə müəllimə hücum edəndən sonra, təşviş başlayıb.
Hücum edən saxlanılan zaman özü də xəsarət alıb. Hazırda o, xəstəxanaya yerləşdirilib.
Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.