...

Şimali Koreya ABŞ ilə danışıqları dayandırıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2019 23:26 (UTC +04:00)
İsveçdə keçirilən ABŞ və Şimali Koreya nümayəndə heyətləri arasında ikitərəfli görüş dayandırılıb
Şimali Koreya ABŞ ilə danışıqları dayandırıb

Bakı, Trend:

İsveçdə keçirilən ABŞ və Şimali Koreya nümayəndə heyətləri arasında ikitərəfli görüş dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə şənbə günü İsveçin "Dagens Nyheter" qəzeti məlumat yayıb.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kim Myung-Gil danışıqların dayandırılması ilə bağlı bunları deyib : "Danışıqlar masasına heç bir şey gətirməyən ABŞ-dan məyusuq" deyə o bildirib.

ABŞ-ın İsveçdəki səfiri Bil Martin bu məlumatı şərh edə bilməyib: "Maraqlıdır, amma bu barədə heç bir şərhim yoxdur. Mən özüm də bunu eşitməmişəm" Martin bildirib.

Qeyd edək ki, bundan əvvəl cümə günü Lidinya adasında "Elvis Strand" villasında ABŞ və KXDR arasında ikitərəfli görüş başlamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti