...

Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb

Dünya xəbərləri Materials 9 Noyabr 2019 23:43 (UTC +04:00)
Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb
Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb

Bakı. Trend:

Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hidravlik sistemindən yağ sızması nəticəsində Zaporojyedən gələn təyyarənin şassisinin şini eniş etdikdən sonra alışıb.

Hava limanının xilasetmə xidmətlərinin operativ tədbirləri sayəsində yanğın tezliklə söndürülüb və fəlakətin qarşısı alınıb.

Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib, xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti