...

Honq Konqda avtobus qəzasında 30-dan çox insan yaralanıb

Dünya xəbərləri Materials 16 Noyabr 2019 19:14 (UTC +04:00)
Bu gün Honq Konqda ikimərtəbəli reys avtobusunun iştirakı ilə baş verən yol qəzasında 30-dan çox insan xəsarət alıb
Honq Konqda avtobus qəzasında 30-dan çox insan yaralanıb

Bakı. Trend:

Bu gün Honq Konqda ikimərtəbəli reys avtobusunun iştirakı ilə baş verən yol qəzasında 30-dan çox insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti bildirib.

Məlumata əsasən, onlardan 12-si xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib və nəticədə qəza baş verib.

Bildirilir ki, avtobusa ciddi ziyan dəyməsinə baxmayaraq, qəzada ölüm hadisəsi olmadı, 31 nəfər yaralanıb, 12 nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti