...

Pompeo: ABŞ maraqlarına uyğun olmayan "Silahlara Nəzarət" razılaşmalarını imzalamayacaq

Dünya xəbərləri Materials 21 Noyabr 2019 02:20 (UTC +04:00)
Vaşinqton maraqlarına xidmət etmədiyi təqdirdə heç bir silah nəzarətinə aid sazişi uzatmayacaq və ya imzalamayacaq
Pompeo: ABŞ maraqlarına uyğun olmayan "Silahlara Nəzarət" razılaşmalarını imzalamayacaq

Bakı. Trend:

Vaşinqton maraqlarına xidmət etmədiyi təqdirdə heç bir silah nəzarətinə aid sazişi uzatmayacaq və ya imzalamayacaq.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Dövlət Katibi Mayk Pompeo NATO üzvləri - XİN-ri başçılarının Brüsseldəki görüşündən sonra keçən mətbuat konfransında bildirib.

M.Pompeo deyib: "Prezident [Donald] Tramp, heç vaxt ABŞ üçün əlverişsiz olan hər hansı bir silah nəzarət sazişini imzalanmasına və ya Amerika üçün artıq məna vermədiyi təqdirdə mövcud müqaviləni uzatmasına icazə verməz".

Onun sözlərinə görə, Strateji Silahların Azaldılması Müqaviləsinin (SSAM-3) uzadılması barədə danışarkən "dünyanın sürətlə dəyişdiyi, Çin Kommunist Partiyasından ABŞ-a təhdidin olduğu" başa düşülməlidi.

Dövlət Katibi bildirib: "Amerikanı qoruyan strateji bir quruluşun necə yaradılacağını müzakirə etdiyimiz zaman bu, yalnız Rusiya və ABŞ-ın tərəflər olduğu müqavilə ola bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti