...

Nigeriya Hərbi Hava Qüvvələri (NAF) "Boko Haram" qruplaşmasının bir neçə liderini məhv edib

Dünya xəbərləri Materials 21 Noyabr 2019 07:37 (UTC +04:00)
Nigeriya Hərbi Hava Qüvvələri (NAF) noyabrın 20-də ölkənin şimal-şərqindəki Borno əyalətində terror qruplaşması "Boko Haram"ın yığıncaq yerlərindən birinin məhv etdiyini bəyan edib
Nigeriya Hərbi Hava Qüvvələri (NAF) "Boko Haram" qruplaşmasının bir neçə liderini məhv edib

Bakı. Trend:

Nigeriya Hərbi Hava Qüvvələri (NAF) noyabrın 20-də ölkənin şimal-şərqindəki Borno əyalətində terror qruplaşması "Boko Haram"ın yığıncaq yerlərindən birinin məhv etdiyini byan edib.

Trend-in məlumatına görə, əməliyyat zamanı "Boko Haram"ın bir neçə liderinin öldürülməsidə xəbər verilir.

"NAF"ın rəsmisi Ibikunle Daramola, silahlıların qaçmaq istəyərkən öldürüldüyünü və hava zərbələri nəticəsindədə qəsəbənin bir hissəsinin məhv edildiyini bildirib. İ.Daramola yerüstü qüvvələrlə əməkdaşlıq edərək, "Boko Haram" terrorçularının qalıqlarını məhv etməyə davam edəcəklərini deyib.

"Boko Haram" qruplaşması Nigeriyanın şimal-şərqindəki hərbi hədəflərə hücumlarda, yüzlərlə insanın ölümündə və minlərlə insanın didərgin düşməsində günahlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti