Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinin iki pilotu Oklahoma ştatında baş verən qəzada həlak olub.
Trend-in məlumatına görə, bu barədə hərbi hissə komandanlığı bildirib.
Məlumata əsasən, hadisə oktyabrın 21-də yerli vaxtla saat 9:10-da Vens bazası yaxınlığında baş verib. Həmin vaxtda təlimin uçuşları keçirilirdi.
Hadisənin səbəbləri, o cümlədən təyyarənin modeli dəqiqləşdirilməyib.