...

Argentina 17 "siyasi" səfirini geri çağırıb

Dünya xəbərləri Materials 23 Noyabr 2019 04:13 (UTC +04:00)
Argentinada Maurisio Makrinin hökuməti ölkənin 17 diplomatik nümayəndəsini geri çağırıb.
Argentina 17 "siyasi" səfirini geri çağırıb

Bakı. Trend:

Argentinada Maurisio Makrinin hökuməti ölkənin 17 diplomatik nümayəndəsini geri çağırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, diplomatik nümayəndələr hazırki prezidentin səlahiyyətlərinin başa çatdığı gün - 10 dekabra qədər istefaya getməlidirlər.

Rəsmi bülletendə dərc edilmiş rəfmanda deyilir: "Adları çəkilən vəzifəli şəxslər 2019-cu ilin 9 dekabr tarixində ölkə ərazisinə qayıtmalıdırlar".

Bildirilir ki, Argentinanın Boliviyada, Kolumbiyada, Çilidə, Ekvadorda, Meksikada, Peruda, Uruqvayda, Kosta-Rikada, İspniyada, Portuqaliyada, Çində və ABŞ-da yerni səfirləri təyin olunacaq.

Digər fərmanla Argentinanın Vatikandakı nümayəndəsi də geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti