Bakı. Trend:
Roma Papası Fransisk Yaponiyaya səfərə gəlib.
Trend-in məlumatına görə, bu, Roma Papasının bu ölkəyə ilk səfəridir. Belə ki, sonuncu dəfə Katolik kilsə rəhbəri 38 il öncə adalara səfər edib.
Onun səfərinin noyabrın 26-a qədər davam edəcəyi qeyd olunur. Ziyarəti çərçivəsində Papa Fransisk Naqasaki və Xirosimaya da səfər edəcək, Tokioda minlərlə mömin qarşısında dini ayin icra edəcək.