Bakı. Trend:
İtaliyada dəmir yolu işçilərinin genişmiqyaslı tətili keçirilir.
Trend-in məlumatına görə, tətilə Pyemont və Liquriya vilayətlərindən başqa digər vilayətlərin dəmiryolçuları qoşulub.
Qeyd olunur ki, qatarlar gün ərzində yalnız səhər saat 06:00-09:00 və axşam saat 18:00-21:00 saatlarında sərnişin daşıyacaq.
Milan şəhərində sərnişinlərin hava limanına çatdırılması üçün avtobuslar işə salınacaq.