...

Rumas ilə Medvedev 6 dekabrda görüşəcəklər

Dünya xəbərləri Materials 1 Dekabr 2019 18:19 (UTC +04:00)
Состоялся телефонный разговор премьер-министра Беларуси Сергея Румаса с председателем правительства России Дмитрием Медведевым
Rumas ilə Medvedev 6 dekabrda görüşəcəklər

Bakı. Trend:

Belarusun Baş naziri Sergey Rumas, Rusiyanın Baş naziri Dmitri Medvedev ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, S. Rumas və D. Medvedev dekabrın 6-na görüş təyin ediblər.

Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı İnteqrasiya üçün yol xəritələri ilə bağlı razılığın əldə edilməsi istiqamətində irəliləyişlər müzakirə edilib. Baş nazirlər növbəti iclasın 6 dekabrda keçirilməsinə razılıq veriblər.

Dmitri Medvedev Sergey Ruması yubileyi münasibətilə təbrik edib. Rusiyanın Baş naziri belarus həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti