Bakı. Trend:
Rusiyanın paytaxtı Mokvada "Tsvetnoy" ticarət mərkəzi partlayış təhlükəsi səbəbindən təxliyə olunur.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
Hazırda ticarət mərkəzində olan insanların təxliyəsi həyata keçirilir, hadisə yerində kinoloqlar işləyir.