...

Avtobus yük maşını ilə toqquşub, azı 20 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 Yanvar 2020 06:19 (UTC +04:00)
Hindisntanın şimalında sərnişin avtobusu yük maşını ilə toqquşub
Avtobus yük maşını ilə toqquşub, azı 20 nəfər həlak olub

Bakı. Trend:

Hindisntanın şimalında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra sərnişin avtobusu alışıb. Qəza nəticəsində azı 20 nəfər həlak olub.

Məlumata əsasən, insident Uttar-Pradeş ştatında baş verib. Bildirilir ki, yük maşını yanar materiallar daşıyırmış.

Polis əməkdaşlarının sözlərinə görə, avtobusda təxminən 70 sərnişin olub və ölənlərin sayı arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti